Məşhur müğənni bu paylaşımına görə məhkəmə qarşısına çıxarıldıbackend

Məşhur müğənni bu paylaşımına görə məhkəmə qarşısına çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahibsiz itlərlə bağlı paylaşımı etirazlara səbəb olan türkiyəli müğənni Yıldız Tilbe açıqlama verib.

“İnterpress.az” “Haber Global”a istinadən xəbər verir ki, sosial mediada sahibsiz itlərlə bağlı paylaşımı böyük əks-səda doğuran Yıldız Tilbe İstanbul Ədalət Sarayına gələrək ifadə verib.

Qeyd edək ki,Yıldız Tilbe tvitterdəki sosial media hesabında “Sahibsiz itlər heyvan sığınacaqlarında toplanaraq ağlı başında və heyvansevər məmurlar tərəfindən baxılmalıdır. Hücum edən it qruplarına onların yerləşdiyi bölgənin əhalisi zəhərli ət verməlidir” paylaşımı əks-səda doğurub.

Onun paylaşımından sonra bir çox insan, xüsusən də heyvansevərlər sərt reaksiya verib və məşhur müğənni haqqında cinayət işi qaldırılıb.