Məşhur rus pendirinin tərkibində mal-qara üçün dərman tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.
Məşhur rus pendirinin tərkibində mal-qara üçün dərman tapılıb. Onun istifadəsi görmə qabiliyyətini itirmək təhlükəsi yaradır.
“Starodubskiy” yumşaq pendirində mal-qara üçün antihelmintik “Closantel” aşkarlanıb. Maddənin insanlar üçün təhlükəli yan təsirləri var: bu, görmə itkisinə səbəb ola bilər.
Eyni markalı kolbasa pendirinin tərkibində də insanlar üçün təhlükəli olan ət yapışqanına rast gəlinib.
Xuraman Etibarlı
İnterpress.az