Metronun açılmasına bu halda icazə verilə bilərbackend

Metronun açılmasına bu halda icazə verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun fəaliyyətini bərpa etməsi üçün bir sıra tədbirlər görülməlidir.

Bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. O bildirib ki, metroda qatarların sayı artırılmalı və onlar arasında interval azaldılmalıdır:

“Çünki metro insanların ən çox toplaşdığı yerdir. Orada insanların maskadan istifadəsinə ciddi nəzarət olmalıdır. Nəzarətdən əlavə, insanların özü də qaydalara əməl etməlidir. Əgər onlar qaydalara əməl etməsələr, nəzarətin heç bir xeyri olmayacaq. Metronun fəaliyyətə başlaması ilə yanaşı avtobusların sayı da artırılmalıdır. Bütün bu tədbirlər görülərsə, metronun fəaliyyətinə icazə verilə bilər”.

Baş infeksionist ictimai nəqliyyatda sıxlığın azalması üçün iş saatlarının dəyişdirilməsi ilə bağlı təklif də olduğunu bildirib:

“Bundan başqa, təkliflər var idi ki, işlər müxtəlif saatlarda başlasın. Bu cür tədbirlər həyata keçirməklə ictimai nəqliyyatda sıxlığın qarşısı alına bilər”.

 

İnterpress.az