Pentaqon əməkdaşı məxfi məlumatları xaricə ötürmək cəhdinə görə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə cümə axşamı ölkədə baş prokurorluq kimi fəaliyyət göstərən ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) informasiya texnologiyaları üzrə mütəxəssisi məxfi məlumatları xarici hökumətə ötürməyə cəhd ittihamı ilə həbs edilib.
Sənəddə göstərilir ki, 28 yaşlı informasiya texnologiyaları mütəxəssisi Neytan Vilas Latç 2019-cu ildən DİA-nın mülki işçisi kimi siyahıya alınıb və məxfi məlumatlara çıxışı var.
O, Virciniya ştatında məxfi məlumatları əslində ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) gizli əməkdaşı olan “xarici məmur və ya agentə” ötürməyə cəhd edərkən həbs edilib.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə, Latç ilə əlaqə o, cari ilin mart ayında anonim şəkildə məlumatları “dost xarici hökumət”in səlahiyyətli orqanlarına təhvil verməyə hazır olduğunu bildirdikdən sonra qurulub. O, bunu ABŞ-nin “hazırkı administrasiyasının dəyərləri ilə razılaşmaması” ilə izah edib.
Eyni zamanda o, bunun müqabilində xarici vətəndaşlıq və “digər təzminat” almaq istəyini ifadə edib.
Latçın mayın 30-da məhkəmə qarşısına çıxacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az