Millət vəkili: “Yoluxma sayının dörd rəqəmə yaxınlaşması hökuməti narahat edir”backend

Millət vəkili: “Yoluxma sayının dörd rəqəmə yaxınlaşması hökuməti narahat edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya ştammının insan tələfatına səbəb olub-olmaması çox da əhəmiyyət kəsb etmir. Çünki ölüm sayı eyni nisbətdə olsa belə, yoluxma sayları artdığı halda bu, ölüm göstəricilərini də artıra bilər.

Açıqlamasında millət vəkili, tanınmış həkim Rəşad Mahmudov deyib.

“Koronavirusun mutasiyaya məruz qalma reallığı var. Bu qeyri-adi deyil, gözlədiyimiz hadisə idi. Britaniya ştammı və ona bənzər ştamlarda yoluxma sürəti həddindən çoxdur. Bu isə o deməkdir ki, yoluxma sayı bugünkü rəqəmlərdən qat-qat çox ola bilər. Yoluxma sayının 4 rəqəmə yaxınlaşması bizi narahat edir. Bunu nəzərə alaraq, bayram günlərində daha ehtiyatlı davranmalıyıq”, – o bildirib.

 

 

İnterpress.az