Milli Məclis “Polis haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyibbackend

Milli Məclis “Polis haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq.

İnterpress.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb.

Daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşir. Layihəyə əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər.

Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.