Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb.
İnterpress.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.
İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İclasda həmçinin, antiterror tədbirlərində şəhid olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.