Özbəkistan prezidenti Ukraynadakı müharibə və Qəzza zolağındakı vəziyyətdən danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev IV Daşkənd İnvestisiya Forumunun açılışında çıxışı zamanı bildirib.
O, Rusiya Federasiyası ilə Ukrayna arasında İstanbulda baş tutan birbaşa danışıqları alqışlayıb.
“Ukrayna ətrafında vəziyyət müstəsna olaraq diplomatik yollarla həll edilməlidir”, – o əlavə edib.
Qəzza zolağındakı vəziyyətə toxunan dövlət başçısı Fələstin xalqının “öz müstəqil dövləti yaratmaq hüququna malik olduğunu” deyib.
O, bu münaqişənin yeganə həllinin BMT Nizamnaməsi və beynəlxalq hüquq normaları əsasında ədalətli həlli olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az