“Misirlə əlaqələrdə yeni dövr başlayır”backend

“Misirlə əlaqələrdə yeni dövr başlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Misir əlaqələri üçün yeni bir dövr başlayır”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi Ankaranın Misirə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: “Bu məsələni hələlik müzakirə etməmişik. Xarici işlər nazirlərinin müavinləri və diplomatlar səviyyəsində bir toplantı olacaq. Səfir təyinatı məsələsi orada gündəliyə gələ bilər. Bu görüşün tarixi hələ ki məlum deyil”.

“Misirlə qarşılıqlı ziyarətlər olacaqmı” sualına isə M.Çavuşoğlu belə cavab verib: “Niyə olmasın. Qarşılıqlı ziyarətlər də, görüşlər də olacaq”.

 

İnterpress.az