Türkiyə kəşfiyyatının rəhbəri Həmas ilə Qəzzada atəşkəs danışıqlarını müzakirə edir.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
İyunun 1-də Türkiyə kəşfiyyatının (MİT) rəhbəri Kalın HƏMAS-ın yüksək rütbəli rəsmisi Əl-Haya ilə telefon danışığı aparıb.
Onlar Trampın xüsusi nümayəndəsi Vitkoffun son təklifləri çərçivəsində Qəzzada atəşkəs danışıqlarının mərhələsini müzakirə ediblər.
Tərəflər ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayaraq, həmçinin beynəlxalq ictimaiyyətin “Qəzzada humanitar faciəyə son qoymaq” üçün İsrailə təzyiq göstərməsinin vacibliyini qeyd ediblər.
Xuraman Etibarlı
İnterpress.az