Monqolustanda “Selenga 2024” təlimləri başlayıb.
interpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Çoybalsan şəhəri yaxınlığındakı səhra düşərgəsi ərazisində Rusiya-Monqolustan birgə “Selenqa-2024” hərbi təlimləri keçirilir.
Açılış mərasimində dövlət bayraqları qaldırılıb, hər iki iştirakçı dövlətin himnləri səsləndirilib. Bayrağı qaldırmaq hüququ taktiki qrupların komandirləri Ravil Tukaev və Boldasaikxan Qalbaraxa verilib.
Manevrlərdə təxminən 700 nəfər və 200 hərbi texnika iştirak edir.
Xuraman Etibarlı
İnterpress.az