Moskva-İrəvan reysi ilə uçan təyyarədə Rusiya vətəndaşı ÖLDÜbackend

Moskva-İrəvan reysi ilə uçan təyyarədə Rusiya vətəndaşı ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva-İrəvan reysi ilə uçan təyyarədə Rusiya vətəndaşı ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Şamşyan.com yayıb.

Bu gün, aprelin 30-da İrəevan Zvartnots Beynəlxalq Hava Limanında faciəli hadisə baş verib. Bars stansiyasından Ermənistan Daxili İşlər Nazirliyinin Zvartnots hava limanının xətt şöbəsinə Moskva-İrəvan reysi ilə uçan bir nəfərin ölməsi barədə siqnal daxil olub.

Polis və müstəntiqlər müəyyən ediblər ki, ölən şəxs uçuş zamanı səhhəti pisləşən Rusiya Federasiyası vətəndaşı 78 yaşlı Manuk M. olub. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin növbətçi qrupu onun bioloji ölmüş olduğunu elan edib.

Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Xuraman Etibarlı

İnterpress.az