Moskvada bomba sığınacaqları noyabrın sonunadək TƏMİR EDİLƏCƏK – FOTObackend

Moskvada bomba sığınacaqları noyabrın sonunadək TƏMİR EDİLƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada üç rayonda bomba sığınacaqları əsaslı təmir olunur.

İnterpress.az xəbər verir ki, bu barədə dövlət satınalmaları portalında məlumat yayılıb.

Moskvada üç rayonda bir neçə mülki müdafiə qurğusunda əsaslı təmir işləri aparılır.

İşlər Azovskaya, Bolotnikovskaya, Leninski prospekti və Naqornaya küçəsində yerləşən sığınacaqları əhatə edir.

Təmir işlərinə 39 milyon rubl (təxminən 831 min manat) vəsait ayrılıb. İşlərin noyabrın 30-dək başa çatdırılması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az