Moskvada göldən ayağına daş bağlanmış kişi cəsədi TAPILDIbackend

Moskvada göldən ayağına daş bağlanmış kişi cəsədi TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Kruqlı” gölündən ayağına idman girəsi bağlanmış kişi cəsədi çıxarılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvanın şimal-qərbində yerləşən “Kruqlı” gölündə dəhşətli qətl və ya intihar hadisəsinin üstü açılıb.

Suyun altından ayağına rəsmi idman “gira” (ağır çəki daşı) bağlanmış naməlum kişi meyiti aşkarlanıb.

Məlumata görə, xüsusi xidmət dalğıcları mərhumun cəsədini sudan çıxarmağa nail olublar.

Hazırda paytaxt hüquq-mühafizə orqanları və məhkəmə tibb ekspertləri tərəfindən hadisənin hansı şəraitdə baş verməsi, o cümlədən ölümün dəqiq səbəbləri araşdırılır.

Şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.

Xuraman Etibarlı

İnterpress.аz