Uralın Kurqan şəhərində naməlum şəxs iri müdafiə müəssisəsinin rəhbərinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, dünən axşam saatlarında “Kurqanpribor” müəssisəsinin rəhbəri Andrey Kondratyev işdən evə qayıdarkən ona çəkiclə bir nəfər hücum edib.
Cinayətkar Kondratyevin başına bir neçə zərbə vurduqdan sonra qaçıb.
Mühəndis hazırda ağır xəsarətlərlə xəstəxanadadır. Hücum edən şəxs axtarılır.
“Kurqanpribor” müdafiə sənayesi üçün geniş çeşiddə məhsullar, o cümlədən təyyarə raketləri istehsal edir.
Xuraman Etibarlı
İnterpress.az