Ukrayna müdafiə naziri Mixail Fyodorov vəzifəsindən azad edilir.
İnterpress.аz xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsi barədə rəsmən yekun qərar qəbul edilib.
Onun yerinə Ukrayna Müdafiə Nazirliyinə ölkənin daxili işlər naziri İqor Klimenkonun rəhbərlik edəcəyi gözlənilir.
Müdafiə sahəsində baş verən bu mühüm rəhbər dəyişikliyi ilə bağlı rəsmi qərarların yaxın vaxtlarda tam icra olunacağı bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz





