Hindistan polisi səhnədə toyuq öldürüb qanını içən müğənni Kon Vayi Sona qarşı iş açıb.
İnterpress.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Bildirilir ki, Hindistanda bəstəkar və musiqiçi Kon Vayi Son səhnəyə canlı toyuq çıxarıb, əli ilə burub başını üzüb və qanını içib.
Eyni zamanda müğənninin özü də toyuq başına bənzəyən papaqda çıxış edib.
Hadisə oktyabrın sonunda baş verib və heyvanlarla etik davranışın tərəfdarı olan PETA təşkilatının fəalları bunu öyrəndikdən sonra araşdırma başlayıb.
Xuraman Etibarlı
İnterpress.az