Rusiyada təşkilat rəhbərləri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Müharibə əlili” və “Veteran – Rus” təşkilatlarının keçmiş rəhbərləri saxlanılıb.
Onlar 1 milyard rubl (təxm. 22 milyon man) məbləğində dələduzluqda şübhəli bilinirlər.
Andrey Çepurnoy və Valeri Belyalov dələduzluq yolu ilə 48 daşınmaz əmlaka sahib olublar.
Mülkiyyətlər arasında qeyri-kommersiya təşkilatına bağışlanan Moskva vilayətindəki “Rus” beynəlmiləlçi əsgərlər üçün tibbi reabilitasiya mərkəzi də var.
Nəticədə bir milyard rubl məbləğində ziyan vurulub.
2023-cü ilin may ayında məhkəmə əmlakın təhvil verilməsi müqaviləsini qanunsuz elan edib, lakin daşınmaz əmlak hələ də qeyri-kommersiya təşkilatında qalır.
Xuraman Etibarlı
İnterpress.az