Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycanda 87 üzvü var. Bu şirkətlər son üç ildə Azərbaycana 61,3 mln. manat investisiya edib.
İnterpress.az xəbər verir ki, bunu MÜSAİD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.
Onun sözlərinə görə, Şuşa bəyannaməsinin bəndlərindən biri Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 15 mlrd. dollara çatdırılmasıdır:
“Preferensial ticarət rejimi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayı 35-ə çatdırılıb. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Həmçinin Azərbaycana investisiyaların həcminə görə, Türkiyə ilk yerlərdən birini tutur. Bununla belə iqtisadi əlaqələrlə bağlı qoyulan hədəflər istiqamətində görüləcək işlər çoxdur”.
Rəşad Cabirli əlavə edib ki, investisiyanın cəlb edilməsi istiqamətində təşviq gücləndirilməlidir:
“Bölgələrdə bizim əlimizdə iqtisadi göstəricilərlə bağlı təqdimatlar olmalıdır”./apa