Myanmada kişilər və qadınlar üçün hərbi xidmət məcburidirbackend

Myanmada kişilər və qadınlar üçün hərbi xidmət məcburidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmadakı hərbi hökumət ölkədəki gənc kişi və qadınların ən azı 2 il məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Myanmadakı hərbi hökumət ölkədəki gənc qadın və kişilərin məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.

BBC news xəbər verir ki, Myanmadakı hərbi administrasiya bu ölkədə məcburi hərbi xidmət təcrübəsi ilə bağlı açıqlama verib.

Açıqlamada 18-35 yaş arası kişilərin və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.

Bəyanatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi, bu təcrübəyə qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.

“Üç Qardaş Alyansı” 27 oktyabr 2023-cü ildə Çin sərhədi yaxınlığında şimal Şan əyalətindən Myanma ordusuna qarşı hücumlara başladı.

Cənuba doğru irəliləyən silahlı qruplar Hindistanla sərhəddə yerləşən Çin əyalətinin Rathedaunq şəhərində Myanma ordusuna məxsus forpostu və hərbi düşərgəni ələ keçirmişdi.

Əyalətdə Buddist Arakan Ordusunun hücumlarından xilas olan 43 əsgər Hindistanın Mizoram əyalətinə sığınıb; Hindistan təhlükəsizlik qüvvələri də Myanma əsgərlərini başqa bir nöqtəyə köçürdüklərini və sonra onları ölkələrinə təhvil verdiklərini açıqlayıblar.

Arakan Ordusunun Hindistanla sərhəddə yerləşən Çin əyalətinin Paletva qəsəbəsini nəzarətə götürdüyü də iddia edilib.