Myanmada Moça qasırğası: 5 nəfər ölüb, 700-dən çox yaralı varbackend

Myanmada Moça qasırğası: 5 nəfər ölüb, 700-dən çox yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş və Myanmaya təsir edən Moça qasırğasının yaratdığı sel və güclü küləklər nəticəsində 5 nəfər həyatını itirib, 700-dən çox insan isə yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Myanmanın Arakan əyalətinin paytaxtı Sittvedəki Arakan Gənclik Xeyriyyə Dərnəyindən bölgə sakinlərinin daşqın riskinə qarşı hündürmərtəbəli binalara sığındığı, 700-dən çox insanın yaralandığı bildirilib.

Sürəti saatda 209 kilometrə çatan qasırğada axtarış-xilasetmə işləri zamanı 5 nəfərin cansız bədəninə çatıldığı qeyd edilib.

Myanmadakı hərbi administrasiya rəsmilərinin bəyanatında güclü küləyin binalara və elektrik xətlərinə ziyan vurduğu, bəzi binaların damlarının uçurulduğu vurğulanıb.

Güclü yağış və daşqınlara səbəb olan 5-ci kateqoriya olaraq təyin olunan Moça qasırğası ilə əlaqədar ölkənin qərb sahilindəki Arakan əyalətində fövqəladə vəziyyət elan edilib.

Banqladeş və Myanmada Moça qasırğası səbəbindən sahilyanı ərazilərdə yüz minlərlə insan təxliyə edilib.

Təxliyyələr davam etdiyi üçün insanlar sahilyanı ərazilərdən uzaq durmağa çağırılıb.

Banqladeşdə təxliyə edilənlərin sayının 700 mini keçdiyi təxmin edilir.

Xatırladaq ki, Myanmada 2008-ci ildə “Nargis” qasırğasında 135 min insan həyatını itirmişdi.