Myanmada siyasətçinin konvoyuna edilən hücumda 12 nəfər öldübackend

Myanmada siyasətçinin konvoyuna edilən hücumda 12 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Myanmanın şərqində Kokang muxtar zonasının keçmiş hökumət üzvlərindən birinin avtomobil karvanına hücum nəticəsində azı 12 nəfər ölüb.

Bu barədə “Sinxua” xəbər agentliyi Myanma ordusunun baş komandanının açıqlamasına istinadən məlumat verib.

Onun sözlərinə görə, Myanma Milli Demokratik İttifaq Ordusundan olan 20 nəfərlik üsyançı qrup, Kokang mərkəzi icraiyyə komitəsinin keçmiş üzvü Khin Maun Luinin karvanına hücum edib.

Nəticədə doqquz mülki şəxs və üç polis əməkdaşı ölüb, 13 nəfər yaralanıb.

 

İnterpress.az