Süni intellekt modellərinin özünəməxsus dil formaları yaratdığı bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, süni intellekt modelləri insanlara tanış olmayan ifadə, termin və qısaltmalar yaratmağa başlayıb.
Bu ünsiyyət formalarında poeziya və texniki mütəxəssislərin jarqonundan götürülmüş elementlərin birləşdiyi bildirilir.
Tədqiqatçıların fikrincə, modellərin istifadə etdiyi metaforalar və texniki ifadələr insanların onların bir-biri ilə nə barədə ünsiyyət qurduğunu anlamasını çətinləşdirir.
ABŞ-nin Emergence laboratoriyasının araşdırmaçıları bunun süni intellekt üzərində nəzarət baxımından ciddi problem yaratdığını bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






