Qatçina yaxınlığında qadın səs-küyə görə qonşusunu öldürüb və 9 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.
Qatçina yaxınlığında sərxoş vəziyyətdə olan qadın səs-küy səbəbilə yaranan mübahisə zamanı 58 yaşlı qonşusuna bağ alətləri ilə – yaba və kürəklə 76 zərbə vurub.
Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Məhkəmədə qadın qonşusunu sadəcə sakit olmağa məcbur etmək istədiyini bildirib.
Məhkəmə onu ümumi rejimli koloniyada 9 il müddətinə azadlıqdan məhrum edib.
Xuraman Etibarlı
İnterpress.az






