Namibiya quş qripi aşkarlanan qonşu Cənubi Afrika ölkəsindən hər cür toyuq məhsullarının idxalını dayandırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Namibiya Kənd Təsərrüfatı, Su və Torpaq İslahatı Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, 18 aprel-5 sentyabr tarixləri arasında 49 quş qripi hadisəsinin aşkar edildiyi Cənubi Afrikadan hər cür toyuq məhsullarının idxalının həyata keçirildiyi açıqlanıb.
Açıqlamada Cənubi Afrikadan toyuq idxalına dair bütün rəsmi icazələrin bu gündən etibarən ləğv edildiyi və bu sənədlərin dərhal geri qaytarılmasının tələb edildiyi bildirilib.
Cənubi Afrikada aprel ayından bəri quş qripinə görə milyonlarla toyuq məhv edilib.
Toyuq istehsalçıları ölkədə yumurta qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edirlər.