Nant şəhəri Tbilisi ilə qardaşlaşmanı DAYANDIRDIbackend

Nant şəhəri Tbilisi ilə qardaşlaşmanı DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Nant şəhəri Gürcüstandakı “repressiyalara görə” Tbilisi ilə qardaşlaşmasını müvəqqəti olaraq dayandırır.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Tiflis və Nant 46 il əvvəl, 1979-cu ildə qardaşlaşıblar.

Qeyd olunur ki, Nant meriyası Gürcüstanda baş verən hadisələr və müxalifətə qarşı repressiyalardan narahatlığını ifadə edən press-reliz yayıb.

Fransa tərəfi həmçinin elan edib ki, Tbilisi meriyası illərlə işlədikləri bir neçə dövlət qulluqçusunu işdən çıxarıb və Beynəlxalq Əlaqələr Departamentini tamamilə ləğv edib.

Nant deyir ki, Tbilisi ilə qardaşlaşmanın dayandırılması əməkdaşlıq üçün müvafiq şərait yaradılana qədər qüvvədə qalacaq.

Xuraman Etibarlı

İnterpress.az