Rusiyada narkotiklə saxlanan şəxs həbs olunmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya insanları narkotik saxlama ittihamı ilə həbs etməyi dayandıracaq.
İlk dəfə narkotiklə tutulanlar həbsxanaya yox, asılılıqdan müalicəyə göndəriləcək.
Rusiya Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən hazırlanıb.
Qanun layihəsi artıq müzakirə üçün Plenuma göndərilib.
Xuraman Etibarlı
İnterpress.az