Nazir Azərbaycan iqtisadiyyatının bərpa olunacağı dövrü AÇIQLADI – FOTObackend

Nazir Azərbaycan iqtisadiyyatının bərpa olunacağı dövrü AÇIQLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyadan əvvəl dünya iqtisadiyyatında qlobal ümumi daxili məhsulda orta illik artım tempi 3,5 faiz olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə bu geriləmə 3,2 faiz təşkil edib”.

bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsulda 4,3 faiz azalma baş verib:

“Pandemiya ilə əlaqədar dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2,7 milyard dollar yardım təqdim edilib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”.

O qeyd edib ki, 2021-2022-ci ilin Azərbaycanda iqtisadiyyatın bərpa dövrünün olacağı planlaşdırılır.

Nazir əlavə edib ki, münbit dinamika bu ilin sonuna qədər qeyri-neft məhsulları ixracını 2,2 milyard dollara çatdırmağa imkan verəcək.