Neft cüzi ucuzlaşıbbackend

Neft cüzi ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında neftin qiyməti cüzi düşüb.

Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,34% ucuzlaşaraq 1 bareli 117,21 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,49% düşərək 1 bareli 116,3 ABŞ dolları təşkil edib.

Hazırda investorlar OPEC+ alyansının neft hasilatının artırılması iə bağlı qərarının nəticələrini nəzərdən keçirirlər.

Xatrıladaq ki, OPEC+ alyansının dünən keçirilmiş iclasında üzv dövlətlər iyul və avqust aylarında gündəlik hasilatı 432 min bareldən 648 min barelədək artırılması barədə qərar qəbul edib. OPEC+ bu qərarı Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları səbəbindən hasilatın azalması fonunda artan tələbi qarşılamaq zərurəti ilə əlaqələndirib.