Cənubi Afrika Respublikasında şiddətli fırtına zamanı nəhəng dalğaların vurduğu sualtı qayıqdan 3 şəxsi heyət suya düşərək boğularaq ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Afrika Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, Keyptaunun Kommetjie sahillərində yerləşmiş “SAS Manthatisi” sualtı qayığını vuran şiddətli nəhəng dalğanın dənizə atdığı 7 personaldan 3-nün həyatını itirdiyi bildirilib.
Açıqlamada ölənlər arasında Afrikada sualtı qayığa komandanlıq edən ilk qadın zabit olan 33 yaşlı leytenant Gillian Hektorun da olduğu, xilas edilən 4 nəfərin xəstəxanalara aparıldığı bildirilib.
Prezident Cyril Ramaphosa açıqlamasında hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib: “Ümid edirik ki, yaralanan personalımız bu faciə zamanı yaşadıqları fiziki və psixoloji sarsıntıdan tam sağalacaq”.
Kontr-admiral Musawenkosi Nkomonde faciəyə görə donanma festivalının ləğv edildiyini açıqlayıb.