Netanyahu Trampla DANIŞDIbackend

Netanyahu Trampla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri ilə ABŞ prezidenti arasında telefon danışığı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

“ABŞ prezidenti Tramp İsrailin baş naziri Netanyahunun Qəzza zolağındakı müharibədə hazırkı məqsədlərini, o cümlədən bütün girovların azad edilməsini təmin etmək, HƏMAS-ı aradan götürmək və Trampın planını irəli sürmək üçün dəstəyini ifadə edib.

Liderlər arasında bugünkü telefon danışığı zamanı tərəflər həmçinin İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasının vacibliyini bildiriblər”, – baş nazirin ofisinin bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az