Niderland Ukraynaya yeni hərbi yardım paketini elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren “X”də yazıb.
O bildirib ki, 122 milyon avro həcmində olan hərbi yardım paketinə artilleriya mərmiləri və kibermüdafiə imkanlarını təmin edəcək vasitələr daxildir.
“Biz Ukraynanı Rusiyaya qarşı mübarizədə tək qoymayacağıq”, – nazir vurğulayıb.