Nigerdə ​​yerləşən fransız əsgərləri ölkəni tərk etməyə başlayıbbackend

Nigerdə ​​yerləşən fransız əsgərləri ölkəni tərk etməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi hökumətdən verilən açıqlamada bu gündən etibarən Niger təhlükəsizlik qüvvələrinin nəzarəti altında ölkədə yerləşdirilən ilk fransız əsgər qrupunun ölkəni tərk etməyə başladığı qeyd edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nigerdə ​​yerləşdirilən təxminən 1400 fransız əsgərindən 400-nün ilkin olaraq ölkəni tərk edəcəyi gözlənilir.

İyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi hökumət Fransa ilə bütün hərbi müqavilələrə xitam verib və fransız əsgərlərinin ölkəni tərk etməsini tələb edib.

Bu tələbdən sonra Fransa ilin sonuna qədər qoşunlarını geri çəkəcəyini açıqlayıb.