Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücumda 10 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, terror təşkilatı “Boko Haram” üzvləri Borno əyalətinin Mafa bölgəsində tarla işçilərinə hücum edib.
Hücumda 10 nəfər həyatını itirib, 9 nəfər isə qaçırılıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada 2009-cu ildən mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.