Sentyabrın 22-də Nigeriyanın Zamfara əyalətində universitetə hücum zamanı qaçırılan 35 nəfərdən daha 7-si xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ordudan verilən açıqlamada Zamfara əyalətində davam edən əməliyyatlar zamanı qaçırılan daha 7 tələbənin xilas edildiyi bildirilib.
Beləliklə, universitetə hücumdan sonra xilas edilən tələbələrin sayı 13-ə yüksəlib.
Sentyabrın 22-də Zamfara əyalətinin Qusau rayonunda universitetə silahlı basqın nəticəsində 24-ü tələbə olmaqla 35 nəfər qaçırılıb.
Prezident Bola Əhməd Tinubu təhlükəsizlik qüvvələrinə hücum zamanı qaçırılan insanları dərhal xilas etmələri barədə göstəriş vermişdi.