Qərbi Afrika ölkələrindən olan Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, son bir ayda ölkənin 23 əyalətində 201 vəba hadisəsi qeydə alınıb.
Yanvar ayından bu yana ölkədə 2860 vəba hadisəsi qeydə alınıb, epidemiyadan ölənlərin sayı isə 94-ə yüksəlib.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba ishala səbəb olur və orqanizmdə susuzluğa səbəb olur.
Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.