Rusiyada nikah yaşının 18-dən 16-ya endirilməsini təklif ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Bryansk Regional Duması təşəbbüs irəli sürüb.
Rəsmilər hesab edirlər ki, erkən nikah yalnız rəsmiyyət deyil, mənəvi dəyərlər və demoqrafik məsələdir.
Əgər yeniyetmələr ailə həyatı qurmağa hazırdırsa, dövlət onlara dəstək olmalı, bürokratiya ilə onlara mane olmamalıdır.
“Təşəbbüs məktəbli qızlar arasında hamiləliyin sayının artması ilə bağlıdır.
Bu gün minlərlə gənc qız ana olur, lakin eyni zamanda rəsmi olaraq ailə həyatı qura və sosial təminat ala bilmir. Bu ədalətli deyil.
Erkən nikahlar sadəcə formal xarakter daşımır. Bu, məsuliyyət, mənəvi dəyərlər və ölkənin demoqrafik gələcəyi məsələsidir.
Əgər gənclər ailə həyatı qurmağa hazırdırsa, dövlət onlara bu işdə köməklik etməli, bürokratik əngəllər qoymamalıdır”, – Bryansk Regional Duması qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az