Nikaraquada vulkan püskürdü – FOTO/VİDEObackend

Nikaraquada vulkan püskürdü – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.  

İnterpress.az TASS-a istinadən bildirir ki, həmçinin bu ərazidə kiçik təkanlar qeydə alınıb.

Məlumata görə, püskürmənin gücü aşağı və ya orta kimi qiymətləndirilir. Kül buludunun sərhəd bölgələrinə çatacağı gözlənilir. Həmçinin ərazidə gün ərzində kiçik qaz və kül püskürmələri baş verə bilər.

Qeyd edək ki, Konsepsyon Ometepe adası ərazisində aktiv vulkandır. Hündürlüyü 1,6 min m-dən çoxdur. 1883-cü ildən bəri 25 vulkan püskürməsi qeydə alınıb ki, sonuncu püskürmə 2010-cu ilin martında olub.

Ometepe və Konsepsyon Nikaraquada turistik məkanlardan hesab olunur və dünyanın hər yerindən vulkana qalxmaq üçün turistlər gəlir.