Norveçdə “Hans” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində bənd qismən dağılıbbackend

Norveçdə “Hans” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində bənd qismən dağılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə “Hans” fırtınasının səbəb olduğu leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölkənin cənubundakı bənd qismən dağılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Norveç səlahiyyətliləri suyun altında qalması nəticəsində funksiyasını itirən və nəzarətli şəkildə partlatmağı planlaşdırdıqları Braskereidfoss hidroelektrik stansiyasının daşqınlar nəticəsində qismən dağıldığını bildirib.

Açıqlamada Norveçin ən uzun çayı Qlomma üzərində inşa edilən Braskereidfoss hidroelektrik stansiyasının kortəbii çökməsi sayəsində bölgədəki suyun səviyyəsinin tədricən sabitləşəcəyi bildirilib.

Su bəndi aça bilmədiyi üçün sel təhlükəsi ilə üzləşən bölgədə yaşayan 1000-dən çox insan dünən təxliyə edilib.

Dünən təxliyyələr davam edərkən sel sularına düşən 70 yaşlı qadın həyatını itirib.

Şimali Avropaya təsir edən Hans qasırğası səbəbindən Norveçin cənubunda təbii fəlakət xəbərdarlığı ən yüksək səviyyədə saxlanılıb.