Çeçenistan hakimiyyəti erməni Areq Şepixinlə bağlı vəziyyəti şərh edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev açıqlama verib.
Onun sözlərinə görə, Şepixini Moskvada müvafiq idarələrlə əməkdaşlıq edən hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıb.
Erməniyə qarşı eyni anda beş maddə, o cümlədən zorlama, casusluq, nifrətin qızışdırılması və ictimai terrora çağırışlar üzrə istintaq aparılır.
Əhməd Dudayev həmçinin “müəllifləri Şepixini “qurban” adlandıran sifarişli məqalələr dərc edən korrupsioner TG kanallarını da gözdən keçirib.
“Bu arada nasizmdən əziyyət çəkməyən sosial şəbəkə istifadəçiləri hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkar və koordinasiyalı hərəkətlərini qeyd ediblər. Bunun sayəsində ekstremist dərhal saxlanılıb.
Mən şübhə etmirəm ki, ona qarşı qanunun tələb etdiyi kimi bütün zəruri prosessual tədbirlər görüləcək”, – çeçen siyasətçi qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az