Orta aylıq maaşların 5,3 faiz artacağı gözlənilirbackend

Orta aylıq maaşların 5,3 faiz artacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qanunvericiyinə əsasən, həm əmək pensiyaları, həm də pensiya kapitalı indeksasiya olunur. Yəni hər iki vəsait hər ilin əvvəlində keçən ilin göstəricilərinə əsasən indeksasiya olunur”.
İnterpress.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O deyib ki, əmək pensiyaları əvvəlki illərdə orta aylıq əmək haqqının artım faizi ilə indeksiyasiya olunur.
Deputatın sözlərinə görə, əvvəlki ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, nəticədə bu, əmək pensiyalarının həmin faizə uyğun olaraq artmasına gətirib çıxarır:
“Eyni zamanda, pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə uyğun indeksasiya olunur. Bu zaman inflyasiya göstəricisinə uyğun olaraq, pensiya kapitalının indeksasiyası həyata keçirilir. Burada məqsəd pensiya kapitalının məbləğinə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdır. Nəzərə alsaq ki, hər iki, həm orta aylıq əmək haqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur, onda deyə bilərik ki, həmin rəqəmlərə uyğun indeksasiya ilə bağlı qərar önümüzdəki günlərdə veriləcək”.