Osetiya dağlarını zibilləyən erməni şoumen və komandası CƏRİMƏLƏNİRbackend

Osetiya dağlarını zibilləyən erməni şoumen və komandası CƏRİMƏLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixail Qalustyan və komandası ekologiyanı çirkləndirdiklərinə görə cərimələnə bilərlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tanınmış erməni şoumen və aktyor Mixail Qalustyan və onun rəhbərlik etdiyi çəkiliş qrupu Osetiya dağlarında irihəcmli zibillər buraxdıqları üçün cərimə təhlükəsi ilə üzləşiblər.

Məlumata görə, serial çəkilişlərindən sonra yerli sakinlər dağlıq ərazidə qalan çəkiliş rekvizitlərini və digər tullantıları aşkar ediblər.

Könüllülər toplaşaraq ərazidəki kiçik zibilləri təmizləsələr də, böyük qutular, penobloklar və plastik tullantılar hələ də orada qalıb.

Ərazinin çətin keçilən dağlıq relyefə malik olması bu irihəcmli tullantıların çıxarılmasını olduqca çətinləşdirir.

Ətraf mühitin mühafizəsi sahəsində tələblərə riayət edilməməsinə görə layihənin təşkilatçılarını 30 min rubl (təxminən 710 manat) məbləğində cərimə gözləyir.

Jurnalistlərin məsələ ilə bağlı etdiyi zənglərə nə Mixail Qalustyanın özü, nə də çəkiliş qrupunun rəhbərliyi cavab verib.

Hazırda yerli ekologiya idarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az