Bu ilin sentyabr ayında Çin elektromobil və hibrid avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 107 % artırıb.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay Çindən xarici ölkələrə 91 min elektromobil və hibrid avtomobil tədarük olunub.
Bu cür avtomobillərin Çində əsas ixracatçısı “Tesla” olub. Şirkət avtomobilləri Şanxaydakı zavodundan xarici bazarlara göndərir. Belə ki, sentyabrda “Tesla” Çindən 30,5 min elektromobil ixrac edib.
Yerdə qalan həcmin əksər hissəsi isə yerli avtomobil istehsalçıları “BYD” və “SAİC”nin payına düşüb.