Özbəkistan və Bolqarıstan arasında Birgə Bəyannamə İMZALANDIbackend

Özbəkistan və Bolqarıstan arasında Birgə Bəyannamə İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan və Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamə imzalanıb.

İnterpress.az xəbər verir ki, Özbəkistan prezidenti Mirziyoyev ölkəyə gələn bolqarıstanlı həmkarı Radevi qəbul edib.

Tərəflər ticarət dövriyyəsinin artımına və aqrar-sənaye kompleksi və qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriblər.

Onlar ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqların yekununda ölkə liderləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamə imzalayıblar.

Bundan əlavə, Xarici İşlər Nazirlikləri arasında 2026-2027-ci illər üçün Əməkdaşlıq Proqramı və paytaxtlar, Daşkənd və Sofiya arasında tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Saziş də daxil olmaqla, sənədlər mübadiləsi aparılıb.

Xuraman Etibarlı

İnterpress.az