Pakistanda baş verən qarşıdurmada 2 əsgər həyatını itiribbackend

Pakistanda baş verən qarşıdurmada 2 əsgər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan bölgəsində baş verən qarşıdurmada biri mayor olmaqla iki əsgər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Pakistan ordusundan verilən açıqlamada, təhlükəsizlik qüvvələrinin Bəlucistanın Zhob bölgəsində silahlılara qarşı keçirdiyi əməliyyat zamanı qarşıdurma yaşanıb.

Açıqlamaya görə, qarşıdurmada biri mayor olmaqla 2 əsgər həyatını itirib, 5 yaraqlı isə zərərsizləşdirilib.

Pakistan ordusu yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat qeyd edilməyib..