Pakistanın Bəlucistan əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində biri polis məmuru olmaqla 5 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Milli mediada yer alan xəbərlərə görə, silahlılar Bəlucistanın Turbat bölgəsində Nəsirabad Polis İdarəsinə hücum ediblər.
Silahlıların hücumunda tikinti işləri üçün bölgəyə gələn və təhlükəsizlik səbəbilə polis idarəsində qalan 4 işçi və bir polis məmuru həyatını itirib.
Oktyabrın 14-də Türbatda işçilərə qarşı törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib. İşçilərin təhlükəsizliyi üçün səlahiyyətlilər onları polis idarəsində yerlə təmin etmək qərarına gəlib.