Pandemiya ilə əlaqədar səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi artırılıb – RƏSMİbackend

Pandemiya ilə əlaqədar səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi artırılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Növbəti ildə pandemiya ilə əlaqədar sanitar-epidemioloji tədbirlərlə bağlı xərclərin həcmi artırılıb.

Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə bu sahəyə 0,4 milyon manat və ya 0,8 faiz çox vəsait ayrılıb.

Bildirilib ki, pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb.

Eləcə də, əlavə edilib ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə sahəsində dövlət proqramlarının və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 198,5 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsinə yönəldilməsi planlaşdırılıb.

 

İnterpress.az