Paraplançı təsadüfən sərnişin təyyarələrinin hündürlüyünə QALXDI və SAĞ QALDI – VİDEObackend

Paraplançı təsadüfən sərnişin təyyarələrinin hündürlüyünə QALXDISAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paraplançı təsadüfən sərnişin təyyarələrinin hündürlüyünə qalxıb, lakin o, yerdən 8 kilometr hündürlükdə sağ qala bilib.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb. Bildirilir ki, çinli paraplançı Penq Tszyan 8598 metr hündürlüyə – demək olar ki, sərnişin təyyarəsinin kruiz uçuşu səviyyəsinə qalxıb.

Kişi sağ qalmağı bacarsa da, səlahiyyətlilər ona altı aylıq uçuş qadağası qoyub.

“Çinli paraplançı Penq Tszyanın 8000 metrdən çox hündürlüyə qalxmasının videosu internetdə yayıldıqdan sonra 6 ay müddətinə uçuşu dayandırılıb. Penq tam uçuş planlaşdırmadan təxminən 10 000 fut yüksəklikdə istifadə olunan avadanlıqları sınaqdan keçirmək üçün Çin dağlarına gedib.

Ancaq cəmi 20 dəqiqədən sonra güclü bir hava axını onu götürüb və 5000 metrdən çox, demək olar ki, Everest səviyyəsinə və kommersiya təyyarələrinin yüksəkliyinə qaldırıb. Penq Tszyanın dəbilqəsinə bərkidilmiş kamera onu təxminən mənfi 35 dərəcə istidə, buzlaqlarla örtülmüş buludların üstündə çəkib”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az