Parisdə qatar stansiyasında bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıbbackend

Parisdə qatar stansiyasında bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə qatar stansiyasında bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkə mətbuatında yer alan xəbərə görə, bu səhər yerli vaxtla saat 08:00 radələrində Parisdə “Gare de Lyon”a bıçaqla silahlanmış şəxs hücum edib.

Hücum zamanı yaralanan 3 nəfər xəstəxanaya aparılarkən, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis tərəfindən saxlanılan 32 yaşlı şübhəlinin hücumu hansı səbəbdən həyata keçirməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.