Fransanın Versal qalasının bomba təhdidindən sonra təhlükəsizlik səbəbiylə boşaldıldığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BFM TV polisdəki mənbələrə istinadən xəbər verir ki, bomba dəstəsi hadisə yerinə yollanıb.
Oktyabrın 14-də, müəllimin qətlindən bir gün sonra Parisdə Luvr muzeyi, Versal sarayı və Gare de Lyon qatar stansiyası da bomba həyəcanı səbəbilə boşaldılıb.